Londonda yenə yaşayış binası yanırbackend

Londonda yenə yaşayış binası yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-n məlumatına görə, binadakı sakinlərdən yanğınla bağlı telefon zənglərindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır.

Yanğın yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, bu yanğın 2 gün öncə Londonda yaşayış binasında baş vermiş və 17 nəfərin həyatına son qoymuş dəhşətli yanğının ardınca baş verib. (trend)

İnterpress.az