Tərkib:
1 kasa dilimlənmiş və çəyirdəkləri çıxarılmış qarpız
2 ədəd limon
3/4 su stəkan şəkər (İstəsəniz bal da istifadə edə bilərsiniz.)
1 litr su
Bir neçə budaq təzə nanə
Buz kublar
Hazırlanması:
Qarpızı blenderdən keçirin və bir dolçaya tökün. Üzərinə iki ədəd limonun suyunu sıxın, suyu və şəkəri əlavə edərək əriyənə qədər qarışdırın. Ardından limonadı buz dolabında 1 saat gözlədin.
Soyuyan limonadı buz kublar və təzə nanə ilə bəzəyərək süfrəyə verin.
İnterpress.az