İnterpress.az Apa-ya istinadən xəbər verir ki, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
Qəzanın baş vermə şəraiti araşdırılır.
İnterpress.az