İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Əfv Təşkilatı, ölkənin qanunlarında iftardan əvvəl cəmiyyətə açıq yerlərdə nahar etmək ya da siqaret çəkmənin qadağan edilməsinə qarşı çıxdı və həbs qərarlarının fərdi azadlıqların \”axmaq bir qadağa olduğunu\” söylədi.
Təşkilatdan verilən yazılı şərhdə:- \”Tunis orqanları, mübhəm bir şəkildə qələmə alınmış qanunların uydurma ittihamlar üçün istifadə edilməsinə icazə verməməli. Din və əxlaq mövzusunda hər kəsin öz inanclarını yaşama haqqı olmalıdır\” – dedi.
Keçən bazar günü paytaxt Tunustə toplanan onlarca sakin, nümayiş təşkil edərək, Ramazan müddəti ərzində cəmiyyətə açıq yerlərdə yeyib-içə bilməsini istəmişdi.
Qeyd edək ki, Tunis dünyanın ən azad Müsəlman ölkələrindən biri olaraq tanınır. Çimərlikləri sayəsində Avropalı turistlər üçün ən gündəmdə olan məkanlarından biri hesab olunur.
İnterpress.az