İyunun 19-da saat 15:00-da o, Ağır Cinayətlər İdarəsinin binasına daxil olub. X.İsmayılova Turan-ın müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər: \”Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var\”, – deyə o bildirib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev də iyunun 20-də prokurorluqda dindiriləcək: \”Mənə demədilər nə istəyirlər, ancaq güman edirəm ki, Əfqan Muxtarlının işilə bağlıdır\”, – deyə o, Turan-a bildirib.
Xatırladaq ki, Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı da iyunun 20-də bu iş üzrə dindirməyə çağırılıb.
İnterpress.az