Fransada hökumət istefaya gedibbackend

Fransada hökumət istefaya gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında bildirilib. Bəyanatda vurğulanıb ki, Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib. Prezident Emmanuel Makron hökumətin istefasını qəbil edib.

Parlament seçkilərindən sonra hökumətin istefaya getməsi Fransada qanunvericilikdə yazılmayan siyasi ənənədir. Yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda minimum kadr dəyişiklikləri ilə yenidən formalaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Fransa hökümətinin yeni tərkibi iyunun 21-də yerli vaxtla saat 18:00-da təyin ediləcək.

İnterpress.az