NATO rus nazirin təyyarəsini yenidən izləyibbackend

NATO rus nazirin təyyarəsini yenidən izləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Şoyqu Kalinqrad vilayətinə gedərkən təyyarəsi Baltik səmasında NATO qırıcıları tərəfindən izlənib. Sergey Şoyqunun təyyarəsini Rusiyanın \”Su-34\” bombardımançı təyyarələri qoruyub.

Sergey Şoyqu Kalinqrad vilayətində Qərbdə təhlükəsizlik məsələlərinə dair iclasda iştirak edib.

Açıqlamada vurğulanıb ki, hərbi təyyarədə kimin uçması barədə əvvəlcədən NATO-da məlumat olmayıb.

Qeyd edək ki, bu gün Baltik dənizi üzərində NATO-ya məxsus \”F-16\” qırıcısı nazirin təyyarəsinə yaxınlaşmağa çalışmışdı. NATO-ya məxsus F-16 tipli qırıcı generalın təyyarəsinə yaxınlaşsa da, \”Su-27\” qırıcısı onu ərazidən uzaqlaşdırıb. NATO qırıcıları nazirin təyyarəsini Baltik dənizinin neytral sularında müşayət etmək istəyiblər. Qırıcılardan biri təyyarəyə yaxınlaşmaq istəyəndə \”Su-27\” qırıcısı araya girib. Rus qırıcısı qanadlarını tərpədərək atəş açacağına işarə edib. Bundan sonra \”F-16\” fırlanaraq ərazidən uzaqlaşıb. NATO \”F-16\” qırıcısının Rusiya müdafiə nazirinin təyyarəsini müşayət etməsini təsdiqləyib.

Xatırladaq ki, iki ölkə arasında ABŞ-ın Suriya rejiminə aid bir hərbi təyyarəni vurmasından sonra gərginlik artmışdı. Dünən isə rus qırıcısı ABŞ-a aid bir təyyarəyə 1.5 metrə qədər yaxınlaşmışdı.

İnterpress.az