İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, son dövrdə adı eşq söz-söhbətlərinə hallandıran Şahzadə Harry:-\”Biz İngilis monarxiyasını müasirləşdirməyə çalışırıq. Biz bunu özümüz üçün deyil, hər kəsin yaxşılığı üçün edirik. Kral ailəsindən kral ya da kraliça olmaq istəyən var mı deyə soruşsanız, məncə olmadığını söyləyərəm. Lakin hamımız vəzifələrimizi doğru zamanda etmək üçün çalışırıq\”-dedi. Harry:- \”Monarxiya yaxşılıq üçün xidmət edir. Biz Kraliçanın 60 ildən çox bir müddətdir meydana gətirdiyi müsbət atmosferi davam etdirmək istəyirik. Lakin heç birimiz Kraliçanın yerini doldurmağa çalışmırıq\”- ifadəsini istifadə etdi.
Harry, anası Şahzadə Diananın 1997-ci ildə yaşanan qəzada həyatını itirməsindən sonra həyatının idarədən çıxdığını ifadə edərkən:- \”Anam yeni ölmüşdü və ənənə görə bu səbəbdən naaşının arxasından uzun bir yol getməyim lazım idi. Minlərlə insanın və TV qarşısındakı milyonlarla insanın qarşısında getmək çox çətin idi. Heç bir uşaq bunu yaşamaması gərək\” – dedi.
İnterpress.az