Ərəb sahzadələri Belçikada həbs cəzasına məhkum edildibackend

Ərəb sahzadələri Belçikada həbs cəzasına məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin ən güclü ailələrindən Əl-Nahyana mənsub şahzadələrin həbs cəzaların yarısı pul cəzası ilə ört-basdır edildi. Abu Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl Nahyanın ailəsi, eyni zamanda İngilis futbol klubu Manchester Cityin də sahibidir.
BBC Türkcənin xəbərinə görə sahzadələr haqqında iddia isə təxminən 10 il əvvəl Belçikanın paytaxtı Brüsseldəki lüks bir oteldə yaşananlar üzərinə açılmışdı.
Otelin bir qatını bir neçə aylığına kirayəyə götürən sahzadələr, 20-dən çox xidmətçinin oteldən çıxmasına icazə verməyib.
Şahzadələr xidmətçiləri artıq yeməklərlə bəslənməyə, yerdə yatmağa məcbur edərək, günün 24 saatını işləməyə məcbur edirlərmiş.
Belçika orqanları, xidmətçilərdən birinin qaçıb polisə müraciət etməsiylə hadisədən xəbərdar olmuş, açılan iddia görə istintaq başlamışdır.

İnterpress.az