İnterpress.az xəbər verir ki, o 1:54.025 dəqiqə nəticə göstərib.
İkinci yeri \”Rapax” pilotu Nik de Vris (1:54.891), üçüncü yeri isə \”Dams” komandasından Nikolas Latifi tutub.
Yarış 27-ci dairədə dayandırılıb. Buna səbəb 3 bolidin toqquşması olub.
Yarışın sonuna 4 dəqiqə qaldığı üçün mübarizəni davam etdirməmək qərarı verilib və bütün bolidlər pit-leynə qayıdıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
İnterpress.az