İnterpress.az \”Qaynarinfo\”-a istinadən xəbər verir ki, E.Əmirbəyov dünən prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, E.Əmirbəyov 2010-cu ildən 2017-ci ilə qədər Azərbaycanın Fransadakı səfiri kimi fəaliyyət göstərib.
E. Əmirbəyov barəsində internet resurslarında yayılan məlumatlarda bildirilir ki, o, Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.
Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.
İnterpress.az