İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ilk olaraq 1805-ci ildə Ağ Evdə təşkil edilən iftar yeməyi, 1996-cı ildə o dövrün birinci xanımı Hillari Klinton tərəfindən ənənə halına gəlmişdi. Ramazanın son günü təşkil edilən iftar yeməyi bu il reallaşmadı.
Ağ Ev səlahiyyətliləri, Clinton, Buş və Obama dövrlərində təşkil edilən fəaliyyətin bu il reallaşmaması mövzusunda açıqlama vermədi, yalnız Ramazan Bayramını qeyd etdi. Bu ilin əvvəlində ABŞ xarici işlər naziri Rex Tillerson, iftar yeməyi təşkil edilməyəcəyini söyləmişdi. Tillerson, verdiyi Ramazan mesajında:- \”ABŞ-ın quruluşundan bəri ABŞ-dakı müsəlmanlar Amerikada ailəmizin bir hissəsi oldular\” – dedi.
Xüsusilə ABŞ ictimaiyyəti, 2001ci ildən bəri Müsəlmanlara istiqamətli şiddətin artdığı ölkədə iftar yeməyinin təşkil edilməsini gözləyirdi.
Qeyd edək ki, Ağ Evdəki ilk iftar yeməyi 1805-ci ildə dövrün ABŞ prezidenti Tomas Jefferson tərəfindən Tunis elçisi şərəfinə verilmişdi. Clinton dövründə ənənə halını alan Ağ Evdəki iftar yeməyi, 11 Sentyabr hücumundan sonra da təşkil edilmiş və Buş:- \”Bizim döyüşümüz İslamla deyil, terrorizmlə\” – şərhini etmişdi.
İnterpress.az