İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngilis Mirror qəzetinin xəbərinə görə, STOURBRIDGE qəsəbəsində yaşayan Lucinda Allen, seksdən sonra şiddətli bir başağrısı çəkməyə başladı.
Dərhal xəstəxanaya qaldırılan talehsiz qadın, süni komaya girdi. Həkimlər beynə istiqamətli təzyiqi azaltmaq üçün \’kranyotomi\’yə (beynə çatmaq üçün kəllə sümüklərinin kəsilməsi) müraciət etdi.
Bu kədərli hadisə yaşandığında hamilə olan Allen, 6 gün sonra oyandırıldı və körpəsinin zərər görmədiyini öyrəndi. Üç ay sonra isə (noyabr 2012) Marr-Alice adını verdiyi körpəsini dünyaya gətirdi.
Mirror qəzetinə danışan Allen:- \”Heç kim orgazmdan sonra başağrısı haqqında danışmaq istəmir. Bunu başa düşmək olar. Lakin mən bunun bir xəbərdarlıq işarəsi ola biləcəyi nöqtəsində fərqindəlik yaratmaq istəyirəm \”dedi.
Həkimlər isə seksdən sonra başağrılarının, onurğa iliyi mayesinin kəlləndən onurğaya sızmasından qaynaqlandığını düşünür. Həkimlər həmçinin cinsi fəaliyyət zamanı başağrılarının eyforiyadan artan təzyiqdən qaynaqlandığını da bildirilər.
İnterpress.az