Meksikada silahlı hücum: 4-ü uşaq olmaqla 11 ölübackend

Meksikada silahlı hücum: 4-ü uşaq olmaqla 11 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Veracruz əyaləti valisi Miguel Angel Yunes, ictimai media hesabından nəşr etdiyi videoda, əyalətin Cardel şəhərində bir restoranda yemək yeyən və aralarında əyalətin federal Təhlükəsizlik Müdiri Camilo Castagne ilə 4 uşağın da olduğu 11 adamın öldürüldüyünü açıqladı.

Cinayəti görənləri \”canavar və alçaq\” olaraq xarakterizə edən Yunes, ölkədəki mütəşəkkil cinayətlərin üzərinə gedəcəyinə dair verdiyi sözü təkrarladı.

Yunes, \”Nə olursa olsun, hər şeyi edəcəyik. Veracruz bu heyvanların məhbusu olmayacaq.\” dedi.

Vali Yunes, mart ayında Veracruzdan işgəncə edilərək öldürüldüyü təsbit edilən 11 adama aid cəsədin olmasının ardından etdiyi şərhdə, əyalətdə işlənən cinayətlərin yüzdə 70-nin mütəşəkkil cinayət şəbəkələri arasındakı qarşıdurmalardan qaynaqlandığını söyləmişdi.

Veracruzdan ayrıca mart ayında bir həftə arayla toplu məzardan 297 kəllə çıxarılmışdı. Qeyd edək ki, Əyalətdə altı il içində ən az 11 jurnalist öldürülüb.

İnterpress.az