Londonda gərgin nümayişbackend

Londonda gərgin nümayiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, zənci İngilis Edir Frederico Da Costanın polisin nəzarətə almasının ardından həyatını itirməsini Londonda etiraz edən nümayişçilər ilə polis arasında gərgin anlar yaşandı.

Nəzarətə alındıqdan 6 gün sonra keçən həftə xəstəxanada həyatını itirən Da Costanın polis şiddəti nəticəsində öldüyünü müdafiə edən nümayişçilər, axşam saatlarında Londonun şərqindəki Stratford bölgəsində polislə qarşı-qarşıya gəldi.

Daha sonra Stratford yaxınındakı Forest Gate səmtindəki polis bölməsi qarşısında toplanan nümayişçilərdən bəziləri polis bölməsinə kərpic və müxtəlif cisimlər atdı.

Çox sayda gəncin qatıldığı nümayişlərdə \”Ədalət istəyirik\” və \”Edson üçün ədalət\” kimi şüarlar səsləndi. Nümayişçilər polis bölməsi ətrafında də kiçik atəşlər yandırdı.

Nümayişçilərin aqresivləşməsini görən London polisi də bölgəyə möhkəmlətmə çevik qüvvət qrupları sövq etdi.

Polisin vertolyotlarla izlədiyi nümayişdə hər hansı bir nəzarət altına alınma olmadı.

Qeyd edək ki, 25 yaşlı Da Costa 15 İyunda Londonun şərqində vasitəsinin içində nəzarətə alınmışdı. Polisin, nəzarət əsnasında güc və qaz istifadə etdiyi təsbit edilmişdi.