İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Çinli insan hüquqları aktivisti, \”daha çox demokratiya\” çağırışı etdiyi üçün 2009-ci ildə hökuməti devirmək ittihamı ilə həbsə məhkum edilmişdi.
Vəkili Mo Shaoping, Liunun bir ay əvvəl xərçəng diaqnozu qoyulduqdan sonra şimaldakı Liaoning əyalətində olan bir xəstəxanada müalicə edildiyini ifadə etdi.
61 yaşlı Liu, 1989-cı ildən bəri Tiananmen Meydanı nümayişlərinin kilid fiqurlarından biri idi.
Digər tərəfdən, həyat yoldaşı Liu Xia, Çinli fəalın Nobel Sülh Mükafatına dəyər görüldüyü 2010-ci ildən bu yana ev həbsində tutulur.
Vəkil Mo, South China Morning Post qəzetinə verdiyi açıqlamada, Liunun qardaşı böyük qardaşına 23 Mayda xərçəng diaqnozu qoyulduğunu təsdiq etdiyini ifadə etdi.
Vəkil Mo, Liunun xüsusi planları olmadığını və yalnız xəstəliyinə əlagədər istiqamətli şəkildə tibbi müalicə gördüyünü açıqladı.
İnterpress.az