Prezident Michel Temer rüşvət almaqda günahlandırıldıbackend

Prezident Michel Temer rüşvət almaqda günahlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, günahlandırma, Temerin həbsdəki bir siyasətçiyə səssiz qalması üçün pul ödənilməsini təşviq etdiyi səs qeydinin ortaya çıxmasından sonra edildi.
Baş prokuror, ittihamlar dosyesini parlamentə göndərilməsinə qərar verdi.
Temerin koalisiya hökumətini təşkil edən millət vəkilləri, mühakimə etmə üçün lazım olan üçdə ikilik əksəriyyətin əldə edilə bilməyəcəyinə inanır.
BBC-nin xəbərinə görə isə Temer ittihamları rədd edərək məsumiyyətini ispatlayacaq dəlillər gətirir.
Temerə istiqamətli ittihamlar, dünyanın ən böyük ət qablaşdırma şirkəti JBS SA ilə əlaqəli. Qeyd olunur ki, şirkətin rəhbərləri, Temerin vergi problemlərini həll etmək, dövlət banklarından kreditləri çıxartmaq və digər mövzularda özlərinə kömək üçün beş milyon dollara yaxın rüşvət almaqla günahlandırmışdı.
Bu son günahlandırmağa səbəb olan səs qeydi də JBS-i nəzarət edən iki qardaşdan biri olan Joesley Batista tərəfindən edildi və səs qeydində prezidentin potensial bir şahidə rüşvət verilməsini təsdiqləyir.
Ölkədə çox dəstək tapa bilməyən Temerin mərkəz sağ partiyası, buna qarşı bir koalisiyanın hissəsi olaraq rəhbərlikdə qalmağı davam etdirir.
Müxalifət partiyalar isə erkən seçki keçirilməsini və Temerin azad edilməsini istəyir.

İnterpress.az