İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, DHA-nın xəbərinə görə; silah buraxma prosesinin tamamlanması səbəbiylə bu gün Mesetas şəhərində bir mərasim təşkil ediləcək.
BMT, FARC-ın təxminən 7 min silahının olduğunu eşitdirmişdi.
Kolumbiya prezidenti Xuan Manuel Santos 26 keçid nöqtəsində cəmi 6 min 934 FARC xadiminin silah buraxmasıyla sülh prosesinin bu mərhələsinin tamamlanacağını açıqlamışdı.
Kolumbiya hökuməti ilə FARC arasında 52 ildir davam edən müharibə başa çatdıran sülh müqaviləsi Kubada 25 Avqust 2016-da imzalanmışdı.
Kolumbiyadakı silahlı anlaşılmazlıq 1964-ci ildən bu yana 220 min adamın həyatına son qoymuşdu.
İnterpress.az