Almaniya Erdoğana: Gələndə mühafizəçilərini gətirməbackend

Almaniya Erdoğana: Gələndə mühafizəçilərini gətirmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət sözçüsü deyib ki, liderlər gələn həftə keçiriləcək Hamburqdakı sammitə öz mühafizəçilərini gətirə bilər, lakin qanuna hörmət edilməlidir.
Zirvəyə qatılacaq Türkiyə heyətinin tərkibində ötən ay Washington-dakı davada iştirak edənlərin olduğu da bildirilmişdi.
ABŞ prokurorları may ayında baş verən hadisə ilə bağlı Erdoğanın 12 mühafizəçisinə qarşı ittihamlar irəli sürüb.

Washington polisi Türkiyə təhlükəsizlik əməkdaşlarının nümayişçilərə \”vəhşi hücum\” etdiyini bildirib.
Ankara isə Türkiyə səfirliyi önündə yer alan qarşıdurmaya görə YPG və PKK-nın məsuliyyət daşıdığını hesab edir.
\”ABŞ ədliyyəsi tərəfindən ittiham edilən bu insanların, G20 zirvəsi də daxil olmaqla Almaniya torpağına gələcəkdə ayaq basmamasını gözləmək üçün əsasım var\”, – Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Schaefer deyib.
Almaniya mediası cənab Erdoğanın 50 nəfərlik heyət siyahısında Washington-dakı davaya qatılanların olduğunu da bildirir.
Die Welt qəzeti yazır ki, Almaniya hakimiyyəti həmin təhlükəsizlik işçilərinin ölkəyə gəlməməsini istəyib.
Rəsmilər 7-8 iyulda keçiriləcək zirvə vaxtı böyük etiraz aksiyalarının baş verəcəyini gözləyirlər.
Sammitdən əvvəl Hamburqa 15 minədək təhlükəsizlik əməkdaşının yerləşdirilməsi planlaşdırılır. (bbc)

İnterpress.az