İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünya daxilində ən çox istifadə edilən əkinçilik dərmanı olan, Türkiyədə də sərbəst satılan, səhiyyə baxımından təsirləri müzakirəyə qoyulan və tənqidlərin mərkəzi olan Roundup, Kaliforniya əyalətində xərçəngə yol açan dərmanlar siyahısına salındı.
Kaliforniya Ətraf Sağlamlığı Təhlükə Səs Ofisi (OEHHA) yabanı otların öldürülməsi üçün Roundup dərmanını istifadəsini \”xərçəngə səbəb\” siyahısına aldığını və qərarın 7 iyuldan etibarən etibarlı olacağını bildirdi.
Bioloji Müxtəliflik Mərkəzindən Nathan Donley, qərarın Kaliforniyanı, \”ABŞ-da xərçəngə səbəb olan dərmanlardan qorumada ölkə lideri\” mövqesinə gətirdiyini ifadə edərkən, Monsanto qərara qarşı hüquqi şəkildə çıxışlar etdi.
Kaliforniyanın qərarını məmnuniyyətlə qarşılayan fəallar və elm adamları, bunu \”ədalət istiqamətində atılmış bir addım\” olaraq qiymətləndirdilər və qərara qarşı hüquqi cəhddə olan Monsantonun bu manevrasının elmi bir düzgünlük ya da xalqın sağlamlığı üçün deyil, \”yalnız məqsədli\” olduğunu dilə gətirdilər.
Bioloji Müxtəliflik Mərkəzin verdiyi şərhdə, aparılan araşdırma nəticəsinə görə, Kaliforniyada glifosatın (əkinçilik dərmanı) istifadəsi əyalətin ən yoxsul səkkiz bölgəsində olduğunu bildirdi.
Qeyd edək ki, 2015-ci ildə, Dünya Sağlamlıq Təşkilatı (ÜST) glifosatın insanlarda olabiləcək xərçəng quruluşçu təsirlərin olduğunu açıqlamışdı.
İnterpress.az