İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.
Rəsmi statistikaya əsasən cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkə daxili turların qiymətləri 296,71 manat təşkil edib.
İnterpress.az