İnterpress.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.
Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apelyasiya şikayəti verib.
Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
İnterpress.az