İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq Birlik içində mövzuyla əlaqədar müzakirələr yaşanır. Xristian Birlik partiyalı siyasətçilər, homoseksual evliliklərə icazə verilməsiylə əlaqədar cəhdin koalisiya razılaşmasının pozulması anlamına gəldiyini müdafiə edərkən, bəziləri Baş nazir Merkelin tələsərək davrandığını və bu addımı ehtiyyatsızlıq kimi qiymətləndiriblər.
Koalisiya ortağı Sosial Demokrat Partiya (SPD), Xristian Birlik partiyalarında etirazlara baxmayaraq səsvermənin qısa müddətdə həyata keçəyəcəyini bildirdi. SPD, Yaşıllar və Sol Partiya ilə birlikdə Məclis Hüquq Komissiyası vasitəsilə mövzunun cümə günü Federal Məclis iclasının gündəminə alınmasını təmin etdi.
Sosial Demokrat Partiyanın Ümumi Başçısı və Baş nazir namizədi Martin Schulz, homoseksual evlilik qərarının bu həftə nəticələnəcəyini açıqladı.
İnterpress.az