Həmin şəxs hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyevdir.
Məsələ ilə bağlı Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı \”Ölkə.Az\”-a danışıb:
\”Elnur Mirzəyev haqqında ilk dəfə 2015-ci ildə Müsavat Partiyası İcra Aparatının rəhbəri kimi bəyanat vermişəm. Həmin adamın Müsavat Partiyasından yox, hansı yollasa saxta sənəd düzəldərək mühacirətə getməsi məlum olub. Elnur Mirzəyevi və onu müdafiə edən Elbəyi Həsənlini məhkəməyə vermişdim. 2016-cı ildə Elbəyi Həsənli Müsavat Partiyasına şər və böhtan atdığı üçün məhkəmədə günahkar bilindi. Kimlərsə, haradasa saxta sənədlər düzəldirlərsə, bunun Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Sübut olundu ki, Elnur Mirzəyevin sənədinin Müsavat partiyası ilə heç bir əlaqəsi yoxdur\”.
Daha çox Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirət edənlərə gəldikdə isə Gülağa Aslanlı bildirdi ki, bu işlə məşğul olan şəbəkə var:
\”Həmin şəbəkə barədə cinayət işi açılıb. Cinayət işi ilə əlaqədar məni də baş prokrorluğa dəvət ediblər və bununla bağlı fikirlərimi demişəm. Cinayət işi başlandığı üçün bununla bağlı geniş danışa bilmərəm.
Sözü gedən saxta sənədlərdə Müsavat Partiyasının izi belə yoxdur. Bunu məhkəmə də sübut etdi\”.
İnterpress.az