\”Report\”un Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterpress.az