“Mənim administrasiyam ABŞ-Meksika neft borusunun tikintisini indicə dəstəkləyib. Bu, enerji bioehtiyatların ABŞ-dan ixracını xeyli genişləndirməyə imkan yaradacaq”, – deyə prezident ABŞ Energetika Nazirliyində enerji sahəsinin inkişaf etdirilməsinə dair bəzi təşəbbüsləri açıqlayarkən bildirilib.
Tramp həmçinin nüvə energetikası və daş kömür sahəsinin inkişaf etdirilməsinə dair bir neçə digər təşəbbüslər barədə də danışıb.
Sutkalıq buraxılış gücü 108 min barel təşkil edəcək ABŞ-Meksika neft borusunun tikintisində layihənin operatoru “New Burgos Pipeline” şirkəti çıxış edəcək.
İnterpress.az