İnterpress.az xəbər verir ki, bunu \”Report\”un Fransa bürosuna açıqlamasında Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib.
O bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: \”Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır\”.
İnterpress.az