Türkiyədə tətil keçirən cütlük oteldən oğurluq etdibackend

Türkiyədə tətil keçirən cütlük oteldən oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Sibir bölgəsində yerləşən Surgut şəhərindən gələn və Antaliyadakı bir oteldə tətil edən Rustam ilə Mariya cütlükləri, oteldən ayrılacağı gün otel işçisinin şübhəsi üzərinə şahidlər qarşısında çemodanları axtarıldığında ortaya çıxan mənzərə hər kəsi şok etdi.
Iki böyük çamadan içindən 14 rulonlarda tualet kağızı, plastik su şüşələrinə köçürülmüş 5 litr Bayliss likör, iki xalat, bir neçə dəsmal, 7 kiloya qədər portağal və ən maraqlısı otelin bağçasından kökləri sökülmüş çiçəklər tapıldı. Oğurluğun ortaya çıxarılmasının ardından Kleptoman cütlüyündən oğurlamaq istədikləri əşyaların bazar dəyəri 231 dollar təhsil edildikdən sonra oteldən çıxış etmələrinə icazə verildiyi bildirildi.
Üz qızardan hadisə Rusiyadakı sosial şəbəkələrdə bomba təsiri yaratdı. Edilən minlərlə şərhdə \”Bu cür kəslər Rusiyanın şərəflə heysiyyətinə bax belə belə zərbə vurur\”, \”Özümüzü yenə göstərdik, yenə rəzil olduq!\” deyilməsi diqqət çəkdi.

İnterpress.az