Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəkbackend

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə təkliflə ATƏT-in Minsk qurpunun həmsədrləri çıxış edib.

Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü təklifinə razılığını və hazırlığını ifadə edib.

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşü ilə bağlı məsələni şərh edərkən bildirib.

O qeyd edib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub: “Bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər. Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.

İnterpress.az