Misirdə “30 iyun inqilabı”nın dördüncü ildönümü qeyd edilirbackend

Misirdə “30 iyun inqilabı”nın dördüncü ildönümü qeyd edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etiraz aksiyalarının çoxsaylı iştirakçıları M.Mürsini ittiham edirdilər ki, o, “Müsəlman qardaşlar” təşkilatının mənafelərini Misirin mənafelərindən üstün tutur.

Bir neçə gün davam etmiş kütləvi etirazlar nəticəsində ölkənin indiki prezidenti Əbdülfəttah Əs-Sisinin başçılıq etdiyi Misir ordusu prezident M.Mürsini hakimiyyətdən kənarlaşdırdı və ölkədə keçid dövrü elan etdi. Bundan sonra Misir ordusu ölkə Konstitusiyasına dəyişikliklər edilməsini, parlament və prezident seçkiləri keçirilməsini nəzərdə tutan “yol xəritəsi”ni təqdim etdi. 2014-cü il iyun ayında Əbdülfəttah əs-Sisi Misir Ərəb Respublikasının prezidenti oldu.

Qeyd etmək lazımdır ki, dövlət başçısı bu gün inqilabın ildönümü münasibətilə xalqa müraciət edəcək.

Misirin təhlükəsizlik qüvvələri ölkə vətəndaşlarının təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı provokasiya cəhdlərinin qarşısını dərhal almaq üçün tam hazırlıq vəziyyətinə gətirilib. (azərtac)

İnterpress.az