İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az