İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın IŞİD-lə mübarizə xüsusi nümayəndəsi Brett McGurk görüşlər keçirmək üçün Ankaraya gəldi. Reuters diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, McGurk Ankara təmasları çərçivəsində Xarici İşlər Nazirliyi Məsləhətçi müavini Sedat Önal ilə görüşəcək. Qaynaqlar, McGurkün Baş qərargahda da texniki səviyyədə yığıncaqlara qatılacağını ifadə edir.
McGurk Ankara səfərindən əvvəl Twitter hesabından etdiyi şərhdə çərşənbə və cümə axşamı günləri Suriyada görüşlər keçirərək İşidi ilə mübarizə edən yerli tərəfdaşlarla danışıqlar etdiyini ifadə etmişdi. McGurkün Suriya təmasları daxilində Rakkanın IŞİD-ən təmizlənməsindən sonra şəhərin rəhbərliyini boynuna götürəcək Rakka Vətəndaş Şurası üzvləri ilə bir araya gəldiyi bildirilmişdir.
İnterpress.az