Alman deputatlar eynicinsli nikahların xeyrinə qərar veribbackend

Alman deputatlar eynicinsli nikahların xeyrinə qərar verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Kansler Angela Merkel səsverməyə qarşı tutduğu mövqeni dəyişməsindən bir neçə gün sonra Almaniya deputatları böyük əksəriyyəti eynicinsli nikahları leqallaşdırılmasına səs veriblər.
Qanun dəyişikliyi indiyədək evliliyə bənzər \”ictimai birlik\” adlı proseslə birgəliklərini rəsmən qeydiyyatdan keçirməyə məcbur olan eynicinsli cütlüklərə tam evlilik hüquqları verərək bu şəxslərə övladlığa uşaq götürməyə icazə verir.
Xanım Merkelin siyasi rəqibləri dəyişikliyi dəstəkləyiblər, lakin kansler partiyasının deputatlarını rəsmi partiya mövqeyindən kənar seçim etmələrini dəstəklədiyinə yalnız bazar ertəsi günü işarə edib.

Alman deputatlar eynicinsli nikahların xeyrinə qərar verib

Qanun layihəsinin lehinə 393, əlehinə isə 226 millət vəkili səs verib. 4 deputat səsvermədə iştirak etməyib.
Yeni qanunun mətnində deyilir: \”Evlilik iki ayrı və ya eynicinsli şəxs tərəfindən ömürlük birlikdir\”.

Cümə günü baş vermiş səsvermədən sonra xanım Merkel onun zənnincə evliliyin qadın və kişi arasında olduğunu, lakin yeni layihənin daha sıx \”ictimai birlik və sülhə\” yol açacağına ümid bəslədiyini deyib.

İnterpress.az