İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Lyong, bütün pullarını ciddi bir qan xəstəliyiylə doğulan 2 yaşlı qızının müalicəsi üçün xərclədi.
Həkimlər, 2 aylıqkən Aralıq dənizi anemiyası diaqnozu qoyulan kiçik qızın uzun bir həyatı olmayacağını söylədi. Diaqnozun qoyulduğu gündən bu yana ailə uşağın müalicə xərcləri üçün külli miqdarda pul xərcləyib.
Həyat yoldaşı Deng Min ilə birlikdə bir fermada çalışan ata ayda 287 funt qazanır və getdikcə artan xərcləri üçün gücünün çatmadığını söyləyir. \”Çox adamdan borc aldıq, artıq kimsə bizə borc vermək istəmir. Qan nəqli üçün bizim qanlarımız uyöun gəlmədiyi üçün ikinci bir uşaq sahibi olmağa qərar verdik, lakin uşaqların qanı uyuşsa belə belə bir nəqlin maddi yükünü qaldırabiləcəyimizi düşünmürəm\” dedi
Lyong, \”Əlimdən tək şey sonsuza qədər uyuyacağı yerə onu alışdırmaq. Hər gün onun yanında olacam. Tək umudum burada rahat yatması və o vaxt gəldiyində qorxmaması\”.
O gündən bəri atası kiçik qızı Zhang Ixinleiyi hər gün irəlidə basdırılacağı məzara aparır. Uşağını orada oynadır, yatızdırır.
İnterpress.az