\”Report\”un cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Belə ki, \”VAZ 2106\” markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə \”VAZ 21011\” markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az