ATƏT baş katibsiz qalıbbackend

ATƏT baş katibsiz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, APA-nın Alman dalğası radiostansiyasına istinadən verdiyi məlumata görə, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər. ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.

ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi Tomas Qreminqer sayılır.

L. Zanyer yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib.

İnterpress.az