İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Nadir Babayev ruhi xəstədir.
İttihama görə, o, ATV-nin binasına bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. ATV-nin binasında axtarış aparılıb və məlumat təsdiqini tapmayıb.
Nadir Babayev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham edilir.
Onun barəsində başqa yerə getməmək vardı qətimkan tədbiri seçilib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib. (musavat)
İnterpress.az