Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buqurov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb. Həmin gün polisin linç edilməkdən qurtardığı şəxs dərhal məhkəməyə aparılıb və barəsində istintaq dövrü üçün 2 aylıq həbs-əqtimkan tədbiri seçilib. Onun barəsində Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.
Bu arada məlum olub ki, seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.
Qeyd edək ki, seksual manyakın tutulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
İnterpress.az