İnterpress.az xarici mətbuata istinadən xatxəbər verir ki, Tramp Putinlə Suriyadakı hərbi vəziyyəti və Rusiyanın prezident Bəşər Əsədə dəstək verməsi məsələsini müzakirə etmək niyyətindir. Bundan əlavə, ABŞ prezidentinin Rusiyanın Ukraynadakı fəaliyyəti ilə bağlı Putinlə müzakirə aparacağı gözlənilir.
Qeyd olunur ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məsələ böyük ehtimalla görüşdə qaldırılmayacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü iyulun 7-də keçiriləcək. Görüş Hamburqda keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.
İnterpress.az