Tramp Şimali Koreya təhlükəsini Çin və Yaponya liderləri ilə müzakirə edibbackend

Tramp Şimali Koreya təhlükəsini Çin və Yaponya liderləri ilə müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər iki lider Koreya yarımadasının nüvəziləşdirilməsi ilə bağlı razılığa gəliblər”, – Ağ Ev məlumatda qeyd edib.

Bundan əlavə, Trampın Amerikanın ticarət partnyorları ilə daha da balanslaşdırılmış ticarət aparmağın tərəfdarı olduğunu da Ağ Ev qeyd edib.

Tramp Çinə Şimali Koreyanı zərərsizləşdirmək üçün çox təzyiq göstərir. Çinin dövlət mediası xəbər verir ki, hər iki dövlət rəhbəri Koreya yarımadasında sülh və sabitliyin bərqərar olmasını istəyirlər.

Donald Tramp Asiyanın ən qüdrətli iqtisadiyyatına malik iki dövlət lideri ilə Cənubi Koreya prezidenti Mun Cae ilə danışdıqdan sonra ünsiyyətə girib. O, Asiya güclərini Şimali Koreyaya sanksiyalar tətbiq etməyə çağırıb.

Üçtərəfli sammit

Tramp və Abe Şimali Koreyaya təzyiqləri artırmaq barədə razılığa gəliblər. Ağ Ev rəsmi açıqlamasında qeyd edib ki, ABŞ və Yaponiya alyansı Şimali Koreya təhlükəsini dəf etməyə hazırdır. Yaponyann dövlət katibi Yoşiayd Suqa G -20 sammitində Cənubi Koreya, Yaponya və Çinin üçtərəfli görüş keçirəcəyini jurnalistlərə deyib. Lakin müzakirələrin hansı istiqamətdə olacağı barədə məlumat verməyib.

“Hər üç dövlətin bir olub əməkdaşlıq etməsi çox vacibdir. Şimali Koreyaya təzyiqlərin artırılması və bu yolda Çinin üzərinə düşəni etməsi çox vacibdir” – Suqa qeyd edib.

Bundan əlavə qeyd edilib ki, ABŞ-nin vahid Çin siyasəti davam edəcək. Xəbərdə qeyd edilir ki, Tramp Tzsipinə ABŞ hökumətinin “vahid Çin” siyasətinin dəyişmədiyi çatdırıb. Çin hökuməti ümid edir ki, ABŞ Tayvan məsələsinin həll edilməsi ilə bağlı işlər görəcək və bu Çinin maraqlarına uyğun ediləcək.

Keçən həftə isə ABŞ Şimali Koreya ilə iş görən Çin bankını və fərdi şəxsləri hədəfə aldı sanksiyalar tətbiq etdi. Bundan əlavə 1.42 milyard dollarlıq Tayvanla silah müqaviləsi imzaladı. Bu isə Pekini çox qəzəbləndirmişdi. Bazar günü isə ABŞ-a məxsus hərbi gəmi Cənubi Çin dənizində müahisəli ada yaxınlığında üzüb. (musavat)

İnterpress.az