Tramp və Merkel G-20 sammitinin gündəliyini müzakirə ediblərbackend

Tramp və Merkel G-20 sammitinin gündəliyini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp bu gün Almaniya kansleri Angela Merkel ilə G-20 sammitinin gündəliyini müzakirə edib. Söhbət zamanı tərəflər həmçinin iqlim məsələlərinə toxunublar”, məlumatda deyilir.

G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Qeyd edək ki, bu ilin iyununda ABŞ İqlimə dair Paris sazişindən çıxıb. D.Trampın qənaətinə görə sənəd ABŞ iqtisadiyyatı üçün ziyanlıdır. 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.

İnterpress.az