“Türkiyəyə 3 milyard avro daha verilsin”backend

“Türkiyəyə 3 milyard avro daha verilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, AB Komissiyasının büdcədən məsul üzvü Günther Ottinger, gələcək il Türkiyə ilə qaçqın razılaşma barəsində açıqlama verib. Ottinger, etdiyi şərhdə, \”Gələcək il Türkiyə ilə AB arasında əlavə bir razılaşma imzalanması tərəfdarıyam. Bu, insan qaçaqçılarının daha çox pul üçün qaçqınları Avropaya qaçırmalarına şans verməmək üçün lazımdır\”- dedi.
Die Welt qəzetinə danışan Ottinger, beləcə Türkiyəyə daha çox ödəmə edilməsinin lazım olacağını söylədi. Ottinger, \”Türkiyədəki 3 milyona yaxın qaçqının kafi şəkildə dəstəklənəbilməsi üçün, əlavə razılaşma çərçivəsində bu ana qədər nəzərdə tutulan 3 milyard avroya bir üç milyardlıq daha maliyyə yardım qərarlaşdırılmalı. Bu pulun əhəmiyyətli bir hissəsi AB büdcəsindən gəlməli \”dedi.
AB keçən il Türkiyə ilə AB-yə nəzarətsiz köçü maneə törədmək üçün qaçqın razılaşması imzalamışdı. Müqavilə çərçivəsində Türkiyəyə 2016-2017-ci illərdə maliyyə dəstək də nəzərdə tutulurdu. Ottinger, digər tərəfdən İngiltərənin AB-dən ayrılması və yeni Avropa vəzifələri üçün irəlidə Almaniyanın daha çox üzvlük haqqı ödəmək vəziyyətində qalacağına diqqət çəkdi. Ottinger, \”Almaniya gələcəkdə, 5 milyard eurodan az olmaq şərti ilə, yenə tək rəqəmli milyard avro məbləğində daha çox ödəmə etmək məcburiyyətində ki, önümüzdə duran vəzifələri, yerinə yetirə bilsin\” dedi.

İnterpress.az