İraqlı Model bıçaqlanaraq öldürüldübackend

İraqlı Model bıçaqlanaraq öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bağdadlı gözəl sənətlər tələbəsi olan model Qərar NUSH uzun müddətdir dar geyindiyi və saç stili səbəbi bəzi insanlar tərəfindən təhdid edilirdi. İki gün əvvəl ortadan itən Nushinin cəsədi, polis tərəfindən Bağdadın şimalında yerləşən bir prospekt üzərində tapıldı.

Nushinin uzun müddət döyülüb, sonra bıçaqlanaraq öldürüldüyü ortaya çıxdı. İraqda keçiriləcək olan kişi gözəllik yarışmasının ən güclü namizədi olaraq göstərilən Nushinin pərəstişkarları, yaraşıqlı modelin qatillərinə qarşı qəzəblərini ictimai mediadan dilə gətirirdilər.

İnterpress.az