Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə bu dəqiqəyə olan məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var.
Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.
Əlavə məlumat veriləcək. ( qafqazinfo.az )
İnterpress.az