İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Gennadi Qatilov bildirib.
“Əlavə dəlil yoxdur. Əl Bağdadinin məhv etdirilməsi əhəmiyyətli aspektdir, lakin terrorçuluqla mübarizə bununla bitmir. Suriyadan gələn terror təhlükəsinin tam aradan qaldırılması əsas vəzifə olaraq qalmaqdadır”, – deyə Qatilov qeyd edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 28-nə keçən gecə terrorçuların Rəqqa ətrafındakı komanda məntəqəsinə endirilən aviazərbə nəticəsində İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin öldürülməsinə dair məlumat yayıb.
İnterpress.az