Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev baş vermiş hadisə ilə bağlı \”Ölkə.Az\”-a danışıb:
\”Füzuli rayonunun Alxanlı kəndi təmas xəttindədir. 2004-cü ildə Alxanınlının qarşısında kiçik kənd var idi, biz oranı düşməndən azad etmişdik. Alxanlı həmin o balaca kəndin arxasındadır\”.
Kəndin nə qədər təhlükədə olmasına gəldikdə isə general-mayor bildirdi ki, o kəndlər demək olar ermənilərin nəzarəti altındadır:
\”Alxanlı təmas xəttinə yaxın yerdir, təhlükəli bir ərazidə yerləşir. Ancaq camaat qorxmur, orada yaşayır. İnsanlar neçə illərdir ki, orada yaşayırlar, əkirlər, biçirlər, dolanırlar.
Əslində, orada bir problem olmamalı idi. Ermənilər o bölgədə təxribat ediblər. Ordumuz düşmənin cavabını verəcək\”.
İnterpress.az