Liviya ordusu Benqazi şəhərini terrorçulardan azad edibbackend

Liviya ordusu Benqazi şəhərini terrorçulardan azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə Milli Ordunun komandanı Xəlifə Xaftar bəyan edib.

“Terrorçular və onların havadarlarına qarşı 3 ildən çox aparılan mübarizə qələbə ilə sonuclandı. Benqazi artıq tam olaraq azad olunub\”, X.Xaftar bildirib.

2014-cü ildən etibarən Liviya milli ordusu İŞİD və “Əl Qaidə” terror təşkilatları ilə əlaqəli ekstremistlərlə mübarizə aparırdı.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.

İnterpress.az