İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hamburgda bir qrup aktivist özlərini boz rəngə rəngləyərək, \’zombi üsyanı\’ hərəkətiylə zirvəni və ABŞ prezidenti Trumpın etiraz etdi.
G20 zirvəsinin reallaşacağı Almaniyanın Hamburg şəhərində bu axşam da böyük bir nümayiş edilməsi gözlənilir. Etirazçılar, sabah dünya liderlərinin zirvəyə girişini maneə törətməyi planlaşdırdığı bildirilir.
Antikapitalist fəallar, şiddətli keçəcəyi sanılan \’Cəhənnəmə Hoşgəldiniz\’ etirazına imza atacaq.
Böyük bir gərginliyin hakim olduğu şəhərdə fövqəladə tədbirlər alınır. G20 sammiti ərzində 100 min qədər nümayişçinin etirazlara qatılması gözlənilir.
Polis vasitələri və təzyiqli su daşıma vasitələri hazır vəziyyətdə, G20 ərzində təxminən 20 min polis toplaşıb.
Gözaltı mərkəzlərində isə 400 nəfər üçün yer olduğu qeyd edildi.
İnterpress.az