İnterpress.az-ın \”Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.
“Biz, Rusiyanın Suriyada xüsusi məsuliyyət daşıdığına əminik… və biz onlara təzyiq göstərməkdə davam edəcəyik”, – deyə o bildirib.
Nauert qeyd edib ki, ABŞ Rusiya ilə çalışmaqda davam edəcək.
“ABŞ-ın Suriyaya dair siyasəti dəyişməyib. Biz müxtəlif variantları nəzərdən keçiririk”, – deyə Nauert qeyd edib.
İnterpress.az