Soydaşlarımız BMT qarşısında etiraz aksiyası keçiribbackend

Soydaşlarımız BMT qarşısında etiraz aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association”, “Azerbaijani American Women Association of New York” və digər təşkilatların fəalları iştirak ediblər. Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırımı günahkarıdır!” şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib, çıxışlar edilib.

İnterpress.az